• Bakı 19° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın

DÜNYA

27 Sentyabr 2026 | 13:33 | Müəllif: Subhan Mahmudov

Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın

Niderland hakimiyyəti böhran vəziyyətlərinə hazırlıq proqramını genişləndirərək yerli sakinlərə üç günlük ərzaq, batareya və içməli su ehtiyatı saxlamağı tövsiyə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu təlimatların yer aldığı xüsusi mobil xidmət istifadəyə verilib.

Qeyd olunur ki, tətbiq internetə çıxış olmadan da işləyir. Onu 60 mindən çox istifadəçi quraşdırıb. Həmçinin yaxın vaxtlarda ölkədə fövqəladə hallar barədə xəbərdarlıq sisteminin modernləşdirilməsi planlaşdırılır.

Daha əvvəl Litva Milli Böhran İdarəetmə Mərkəzinin (NЦУК) rəhbəri Vilmantas Vitkauskas bildirib ki, hakimiyyət mülki səfərbərlik ehtiyatını 100 min nəfərə çatdırmaq niyyətindədir. Onun sözlərinə görə, siyahıya dövlət qulluqçuları, həkimlər, İT mütəxəssisləri, polis əməkdaşları, logistika, energetika və mühəndislik sahələri üzrə mütəxəssislər daxil edilib./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR