Xoruz çəkisi (bantamweight) divizionunda mübarizə aparan azərbaycanlı döyüşçü Məhəmmədəli Osmanlı UFC-dəki debütündə uğursuzluqla üzləşib.
Bakıvaxtı.az fanat-a istinadən xəbər verir ki, təmsilçimiz qırğızıstanlı İlimbek Akılbek Uulu ilə qarşılaşıb. Döyüş zamanı Osmanlının endirdiyi diz zərbəsi rəqibinin huşunu itirməsinə səbəb olub və qarşılaşma dərhal dayandırılıb.
Epizodun təkrarına baxıldıqdan sonra rəqibin həmin anda yerdə olduğu müəyyənləşib. Bu səbəbdən Məhəmmədəlinin zərbəsi qaydalara zidd hesab edilib.
Həkimlərin Akılbek Uulunun döyüşü davam etdirə bilməyəcəyinə dair qərarından sonra qarşılaşma Məhəmmədəli Osmanlının diskvalifikasiyası ilə yekunlaşıb. Beləliklə, qələbə rəsmi olaraq İlimbek Akılbek Uuluya verilib.
















