• Bakı 18° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü

DÜNYA

27 Sentyabr 2026 | 17:55 | Müəllif: Subhan Mahmudov

Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda özəl klinikada diş müalicəsi alan 5 yaşlı Hatice Serra Kıl müalicədən sonra vəziyyəti pisləşərək xəstəxanada ölüb.

Bakıvaxtı.az bildirir ki, məlumata görə, kiçik qız müalicədən sonra ailəsi ilə birlikdə evə qayıdıb. Bir müddət sonra onun vəziyyəti pisləşib və valideynləri uşağı xəstəxanaya aparıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, Hatice Serranı xilas etmək mümkün olmayıb.

Qızın anesteziyadan sonra vəziyyətinin pisləşdiyi iddia olunur. Onun dəqiq ölüm səbəbi aparılacaq məhkəmə tibi ekspertizanın rəyindən sonra müəyyənləşəcək.

Hadisə ilə bağlı araşdırma aparılır./Lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026