• Bakı 19° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Məhəmməd Salah heyətdən çıxarıldı

İDMAN

26 Sentyabr 2026 | 22:14 | Müəllif: Zeynəb Rzayeva

Məhəmməd Salah heyətdən çıxarıldı

Misir millisinin və “Trabzonspor”un ulduz futbolçusu Məhəmməd Salah Afrika Millətlər Kubokunun seçmə mərhələsində Cənubi Sudanla keçiriləcək matçda iştirak etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, Misir Futbol Federasiyası Salahın qarşılaşmanın keçiriləcəyi stadionun sintetik örtüklü meydançası səbəbindən heyətdən çıxarıldığını açıqlayıb.

Federasiyanın bəyanatında bildirilib ki, milli komandanın texniki heyəti Salaha sentyabrın 29-da Cənubi Sudanla keçiriləcək oyunda istirahət vermək qərarına gəlib.

Qeyd olunub ki, qərar ulduz futbolçunun qorunması məqsədilə qəbul edilib.

Qeyd edək ki, Misir millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində son olaraq Anqola ilə 0:0 hesablı heç-heçə edib. Komanda sentyabrın 29-da səfərdə Cənubi Sudanla qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR