• Bakı 18° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər

CƏMİYYƏT

27 Sentyabr 2026 | 13:42 | Müəllif: Subhan Mahmudov

Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır".

Bakıvaxtı.az xəbər verir ki,bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib.

Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özləri həll etmək istəyirlər:

"Lakin onların riskləri və atdıqları addımların gələcək nəticələrini qiymətləndirmək bacarığı hələ formalaşma mərhələsindədir. Məhz bu psixoloji boşluq onları manipulyasiyalara qarşı son dərəcə həssas edir".

Kolobova qeyd edib ki, fırıldaqçılar yeniyetmələrə güclü emosiyalar - qorxu, həyəcan, maraq, təcili qərar vermə hissi və sevgi vasitəsilə təsir göstərirlər.

Məsələn, cinayətkarlar gənclərdən təcili şəkildə şəxsi məlumatlarını, bank kartı nömrələrini və ya pul vəsaitlərini göndərmələrini tələb edə bilərlər.

Psixoloq bildirib ki, 11 yaşadək uşaqlar da aldadılma riski ilə üzləşirlər, lakin burada tamamilə fərqli ssenarilər tətbiq olunur. Dələduzlar onlara pulsuz hədiyyələr, oyunlar və ya müxtəlif uduşlar vəd edərək tələ qururlar.

Mütəxəssis vurğulayıb ki, bu yaşda uşaqlar virtual aləmdə kiminlə ünsiyyət qurduqlarını həmişə dərk etmirlər, buna görə də yad şəxslərin istəklərini heç bir şübhə etmədən yerinə yetirirlər./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026