Rusiya ordusunun bu gün səhər saatlarında Ukraynanın Sumı şəhərinin mərkəzinə idarəolunan aviasiya bombaları ilə endirdiyi zərbə nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sumı Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Krivoşeenko məlumat yayıb.
O bildirib ki, şəhərin mərkəzi hissəsi, ilkin məlumata görə, 3 avia bomba ilə vurulub. Yaralananlar arasında 11 aylıq uşaq da var.
















