• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir

DÜNYA

26 Sentyabr 2026 | 20:40 | Müəllif: Zeynəb Rzayeva

Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın hazırda çətin vəziyyətdə olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Fidan bu barədə Nyu-Yorkda Türkiyə mediasının suallarını cavablandırarkən danışıb.

    Türkiyənin XİN başçısı ABŞ-də iranlı həmkarı Abbas Əraqçi və amerikalı rəsmilərlə görüşlərində İranın təklif etdiyi paketlə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.

    Fidan qeyd edib ki, İranın təklif etdiyi paket və Hörmüz boğazının mümkün qədər tez açılması ilə bağlı şərtlər müzakirə olunub.

    Nazir İranın mövcud vəziyyətinin mürəkkəb olduğunu vurğulayıb.

    “İran həqiqətən çətin vəziyyətdədir. Sanksiyalar, müharibə təhdidi, hücumlar və hərbi əməliyyatlar var. Bununla yanaşı, İranın ortaya qoyduğu müəyyən mövqelər də mövcuddur.

    Bunların daha fərqli şəkildə necə idarə oluna biləcəyi, sülhə ən qısa zamanda necə nail ola biləcəyimiz və müharibənin regiona yayılmasının necə qarşısının alınacağı ilə bağlı geniş fikir mübadiləsi apardıq”, - Hakan Fidan qeyd edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR