Meksikalı boksçu Arturo Torres nokautla məğlub olduqdan altı gün sonra, 26 yaşında dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, boksçunun ölümünü “Supreme Boxing” promouterlik şirkəti sosial şəbəkədə açıqlayıb.
Şirkətin yaydığı açıqlamada bildirilib ki, Torres həmyerlisi Gilberto Qarsiya ilə keçirdiyi döyüşdən sonra aldığı xəsarətlər nəticəsində həyatını itirib.
“Həmyerlisi Gilberto Qarsiya tərəfindən nokauta salındıqdan altı gün sonra vəfat edən Arturo Torresin ölümündən sonra yas saxlayırıq. Döyüşdən sonra Torres huşunu itirməzdən əvvəl rinqdə qaldı. Ona tibbi yardım göstərildi və daha sonra müalicə üçün Meksikadakı xəstəxanaya aparıldı. Lakin aldığı xəsarətlərdən dünyasını dəyişdi”, – deyə açıqlamada bildirilib.
Hadisə sentyabrın 19-da baş verib. Həmin qarşılaşmada Gilberto Qarsia Arturo Torresi yeddinci raundda nokautla məğlub edib.
Döyüşdən sonra Torresə rinqdə tibbi yardım göstərilib və vəziyyəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Arturo Torres peşəkar karyerası ərzində 15 qələbə, o cümlədən 6 nokaut, 6 məğlubiyyət və 3 heç-heçə nəticəsi əldə edib.
Qeyd edək ki, “Supreme Boxing” şirkəti Rusiyada qadağan edilmiş və ekstremist kimi tanınan Meta şirkətinin platformasında fəaliyyət göstərir.
















