• Bakı 20° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

NASA "Crew-13"ü buraxılışa hazırlayır

DÜNYA

26 Sentyabr 2026 | 09:05 | Müəllif: Günəş Mərd

NASA "Crew-13"ü buraxılışa hazırlayır

NASA və "SpaceX" oktyabrın 1-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) planlaşdırılan "Crew-13" missiyası üçün son hazırlıq yoxlamaları aparır.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər "Crew Dragon" kosmik gəmisinin, buraxılış vasitəsinin, BKS-nin və beynəlxalq tərəfdaşların qarşıdan gələn uçuşa hazırlığını qiymətləndirirlər.

"Crew-13"ün heyətinə NASA astronavtları Cessika Uotkins və Lyuk Delaney, Kanada Kosmik Agentliyinin astronavtı Coşua Kutrik və "Roskosmos"un kosmonavtı Sergey Teteryatnikov daxil olacaq.

"Crew Dragon"un buraxılışı 1 oktyabrda ABŞ-nin şərq sahili vaxtı ilə saat 11:10-da (Bakı vaxtı ilə saat 19:10) planlaşdırılır. BKS ilə birləşmənin doqquz saatdan az müddətdə, 1 oktyabrda Amerika vaxtı ilə təxminən saat 20:00-da (2 oktyabrda Bakı vaxtı ilə saat 04:00) baş tutacağı gözlənilir


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026