Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq.
Bakıvaxtı.az “oxu.az”a istinadla xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaların sökülməsinə başlanılıb.
Məhdudiyyət səbəbindən hərəkət istiqamətləri dəyişdirilən avtobuslar isə sentyabrın 27-si saat 00:00-dan etibarən əvvəlki hərəkət sxemi üzrə fəaliyyət göstərəcəklər.
“Formula-1” başa çatdı: Bakıda yollar nə vaxt açılacaq?
CƏMİYYƏT
26 Sentyabr 2026 | 20:49 | Müəllif: Zeynəb Rzayeva

SON XƏBƏRLƏR
18:17
17:46
09:37















