• Bakı 22° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Axtarışda olan 714 nəfər Türkiyəyə təhvil verilib

    DÜNYA

    26 Sentyabr 2026 | 12:22 | Müəllif: Günəş Mərd

    Axtarışda olan 714 nəfər Türkiyəyə təhvil verilib

    2026-cı il yanvarın 1-dən sentyabrın 25-dək 42 ölkə axtarışda olan 714 nəfəri Türkiyəyə təhvil verib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib.

    O, Türkiyə hüquq-mühafizə orqanlarının bütün qaçaqları məsuliyyətə cəlb etmək üçün İnterpolla səylərini sıx əlaqələndirdiyini qeyd edib.

    Daxili işlər naziri, həmçinin ölkə daxilində cinayətkarlığa qarşı mübarizədə qazanılan uğurlara diqqət çəkərək vurğulayıb ki, 2021-2025-ci illər arasında vətəndaşlara qarşı orta hesabla 282 min cinayət törədilib, cari ilin əvvəlindən isə bu rəqəm 243 minə düşüb.

    “Biz ictimai təhlükəsizliyi təmin etmək üçün tədbirləri gücləndiririk. Təhsil müəssisələrinin mühafizəsinə xüsusi diqqət yetiririk. Təhlükəsizlik işçiləri məktəblərə hücum planlaşdıran cinayətkarların qarşısında ciddi maneədir", -deyə Çiftçi qeyd edib. (AZƏRTAC)


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Sentyabr 2026