• Bakı 22° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bu yaşda uşaqlar fırıldaqçılara tez aldanır - PSİXOLOQDAN XƏBƏRDARLIQ

CƏMİYYƏT

26 Sentyabr 2026 | 11:35 | Müəllif: Günəş Mərd

Bu yaşda uşaqlar fırıldaqçılara tez aldanır - PSİXOLOQDAN XƏBƏRDARLIQ

11-17 yaş arası uşaqlar fırıldaqçılar üçün ən asan hədəflərdən biridir. 

Bakıvaxtı.az xəbər verir ki, bunu klinik psixoloq və psixologiya üzrə doktorluq namizədi Svetlana Kolobova "RİA"ya açıqlamasında bildirib

Mütəxəssisin sözlərinə görə, yeniyetmələr müstəqil olmağa və özləri qərar verməyə can atırlar. Lakin bu yaşda onların riskləri və qəbul etdikləri qərarların mümkün nəticələrini tam qiymətləndirmək bacarığı hələ formalaşmaqda olur.

Kolobova qeyd edib ki, məhz müstəqillik istəyi ilə riskləri düzgün qiymətləndirmək qabiliyyəti arasındakı bu fərq yeniyetmələri manipulyasiyaya qarşı daha həssas edir.

Psixoloqun sözlərinə görə, fırıldaqçılar yeniyetmələri əsasən güclü emosiyalar vasitəsilə manipulyasiya edirlər. Buraya qorxu, həyəcan, maraq, təcililik hissi və sevgi kimi emosiyalar daxildir.

“Fırıldaqçılar yeniyetmələrdə güclü emosiyalar yaradaraq onların düşünmədən qərar qəbul etməsinə nail olmağa çalışırlar”, – deyə mütəxəssis bildirib.

Kolobova qeyd edib ki, dələduzlar bu üsulla yeniyetmələrdən şəxsi məlumatlarını, bank kartlarının məlumatlarını və ya digər məxfi informasiyanı tələb edə bilərlər. Bəzi hallarda isə onlardan “təcili” şəkildə pul göndərilməsi istənilir.

Mütəxəssis 11 yaşdan kiçik uşaqların da müxtəlif dələduzluq ssenarilərinin qurbanına çevrilə bildiyini, lakin onlara qarşı istifadə olunan üsulların fərqli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu yaş qrupunda olan uşaqlar daha çox pulsuz hədiyyə, oyun, mükafat və digər cəlbedici təkliflər vədi ilə aldadılırlar.

Psixoloq bildirib ki, gənc internet istifadəçiləri onlayn mühitdə kiminlə ünsiyyət saxladıqlarını hər zaman düzgün müəyyənləşdirə bilmirlər. Bu səbəbdən tanımadıqları şəxslərin müxtəlif xahiş və təkliflərini asanlıqla yerinə yetirə bilirlər.

Kolobova valideynlərin uşaqlarla internetdə təhlükəsizlik, şəxsi məlumatların qorunması və tanımadıqları şəxslərlə ünsiyyət zamanı ehtiyatlı davranmaq barədə mütəmadi danışmasının vacibliyini vurğulayıb.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026