Vaşinqton Tehranın Hörmüz boğazını yenidən açmaq təklifinə razı olsa belə, İran nüvə proqramı ilə bağlı güzəştə getməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmisi "Reuters" agentliyinə bildirib.
Rəsmi şəxsin sözlərinə görə, boğaz "İranın bütün şərtləri yerinə yetirilənə qədər" bağlı qalacaq.
















