• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bloomberg: Tramp Zelenskini Putinlə görüşmək üçün Moskvaya getməyə çağırıb

DÜNYA

25 Sentyabr 2026 | 23:46 | Müəllif: Subhan Mahmudov

Bloomberg: Tramp Zelenskini Putinlə görüşmək üçün Moskvaya getməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə çağırıb.

Bakıvaxtı.az bildirir ki,  bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Tramp bu təklifi Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Zelenski ilə keçirdiyi görüş zamanı səsləndirib. ABŞ administrasiyası Rusiya-Ukrayna danışıqlarının bərpasına çalışdığı bir vaxtda Tramp əvvəlki imtinalara baxmayaraq, Zelenskini Putinlə görüşmək üçün Moskvaya səfər etməyə çağırıb.

"Bloomberg"in mənbələrinin məlumatına görə, Zelenski ABŞ Prezidentinin təklifini qəbul etməyib. Mənbələr, həmçinin Trampın bu məsələni yenidən gündəmə gətirməsinin Zelenskini narazı saldığını bildiriblər.

Tramp və Zelenski sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026