• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Kürdəmirdə açıq ərazidə YANĞIN

HADİSƏ

25 Sentyabr 2026 | 20:21 | Müəllif: Subhan Mahmudov

Kürdəmirdə açıq ərazidə YANĞIN

Kürdəmirdə açıq ərazidə güclü yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, ərazidə anidən yanğın başlayıb və qısa zamanda yanğının sahəsi genişlənib.

Məlumata görə, yanğın zamanı təqribən 10 hektardan böyük ərazidə quru otlaq sahəsi və ağaclar yanıb.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR