• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Sərnişin stansiya yoluna düşdü - Metroda qorxulu anlar

HADİSƏ

25 Sentyabr 2026 | 22:16 | Müəllif: Subhan Mahmudov

Sərnişin stansiya yoluna düşdü - Metroda qorxulu anlar

Bugün saat 17:53-də Bakı metropoliteninin “Memar Əcəmi” – “20 Yanvar” mənzilində sərnişin (kişi) qatar yoluna tullanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib.

Hadisə ilə əlaqədar dərhal yolun təmas relsindən gərginlik çıxarılıb. Sərnişin təlimata uyğun qatar yolundan çıxarılaraq polis əməkdaşlarına təhvil verilib.

13 dəqiqə sonra, saat 18:06-da gərginlik bərpa olunub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə baş verən Yaşıl xətt üzrə qatarların hərəkət intervalında hazırda hər hansı yubanma müşahidə olunmur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR