• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Boksçumuz Avropa çempionatında gümüş medal qazandı

İDMAN

25 Sentyabr 2026 | 21:54 | Müəllif: Subhan Mahmudov

Boksçumuz Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan boksçusu Nəbi İsgəndərov Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan Boks Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan millinin üzvü Sofiyada keçirilən Avropa çempionatında komandamızın hesabına növbəti medalı yazdırıb.

Qeyd edək ki, baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komandada daha öncə Sübhan Mamedov (50 kiloqram) qızıl, Amin Məmmədzadə (55 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) bürünc medal qazanıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR