• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Tramp həmin sammitdə iştirak edəcək

DÜNYA

25 Sentyabr 2026 | 20:52 | Müəllif: Subhan Mahmudov

Tramp həmin sammitdə iştirak edəcək

ABŞ Prezidenti Donald Tramp noyabr ayında Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak etməyi planlaşdırır.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, amerikan lider bu niyyətini Ağ Evdə ÇXR Sədri Si Cinpinlə keçirilən rəsmi görüş zamanı təsdiqləyib.

Görüş əsnasında Si Cinpin Trampı və onun həyat yoldaşı Melaniyanı Çində gözlədiyini diqqətə çatdırıb. Ağ Ev rəhbəri isə cavabında “çox sağ olun! Biz bunu edəcəyik və ətraflı danışıqlar aparacağıq” deyə bildirib.

Qeyd edək ki, APEC sammiti bu il noyabrın 18-19-da Çinin Şençjen şəhərində təşkil olunacaq.

Xatırladaq ki, bundan əvvəl Tramp Si Cinpinlə apardığı danışıqlardan sonra “möhtəşəm yeniliklər” gözləmək barədə çağırış etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR