• Bakı 18° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Putindən Ukrayna, Avropa və ABŞ ilə bağlı açıqlamalar

DÜNYA

25 Sentyabr 2026 | 23:40 | Müəllif: Subhan Mahmudov

Putindən Ukrayna, Avropa və ABŞ ilə bağlı açıqlamalar

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun plenar iclasından sonra media nümayəndələrinin qarşısına çıxaraq jurnalistlərin suallarını cavablandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna məsələsinin nizamlanmasından danışan Putin Rusiyada seçkilər başa çatdıqdan sonra Kiyevlə danışıqları bərpa etməyə hazır olduğunu bildirib. Lakin onun sözlərinə görə, Ukrayna tərəfi Moskvaya zərbələr endirməyə cəhd göstərib və seçki məntəqələrinə hücum edib.

Rusiya lideri bildirib ki, Ukrayna hakimiyyəti vəziyyəti bundan sonra da gərginləşdirməyin istədikləri nəticəyə gətirib çıxarmayacağını anlamalıdır.

Onun sözlərinə görə, sülh yolu ilə nizamlanmaya dair bütün təkliflər hələ də “masadadır”, lakin Rusiya tərəfi onların hansının öz maraqlarına cavab verdiyini müəyyənləşdirməlidir.

Avropa ölkələri ilə münasibətlərə toxunan Rusiya Prezidenti bildirib ki, Moskva Avropa ilə hər hansı hərbi əməliyyata hazırlaşmır və bunun üçün nə planı, nə də əsası var.

Onun sözlərinə görə, Avropa ölkələrində Rusiyanın mümkün hücumu ilə bağlı səsləndirilən bəyanatlar “vəziyyətin məqsədyönlü şəkildə şişirdilməsi və təxribatdır”.

Rusiya-ABŞ münasibətlərindən danışan Putin hazırda iki ölkə arasında iqtisadi əlaqələrin, demək olar ki, sıfıra endiyini qeyd edib.

Putin, həmçinin ABŞ Prezidenti Donald Trampla Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan danışıqları alqışlayıb. Onun fikrincə, Vaşinqtonla Pekin arasında əldə olunan razılaşmalar bütün dünya iqtisadiyyatına, o cümlədən Rusiya iqtisadiyyatına təsir göstərəcək.

O, həmçinin APEC sammitində iştirak etmək üçün mümkün səfərinin Rusiyadakı vəziyyətdən asılı olacağını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026