• Bakı 18° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetirdi - FOTOLAR

GÜNDƏM

25 Sentyabr 2026 | 20:54 | Müəllif: Subhan Mahmudov

Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetirdi - FOTOLAR

Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir. 

Bakıvaxtı.az xəbər verir ki, təlimin planına uyğun olaraq, şəxsi heyətin müxtəlif şəraitlərdə fəaliyyət imkanlarının təkmilləşdirilməsi, bölmələr arasında qarşılıqlı fəaliyyətin və idarəetmənin əlaqələndirilməsi məqsədilə bir sıra praktiki məşqlər icra edilib. 

Məşqlər zamanı atəş dəstəyi altında himayəli irəliləmə, zirehli texnikadan istifadə etməklə müxtəlif ərazilərdə əməliyyatların keçirilməsi üzrə tapşırıqlar yerinə yetirilib. 

Şəxsi heyət təlim tapşırıqlarını təhlükəsizlik qaydalarına riayət edərək uğurla icra edib, bölmələrin koordinasiyası və fəaliyyətlərinin uzlaşdırılması üzrə praktiki vərdişlər təkmilləşdirilib. 

Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, iştirakçı ölkələrin hərbi qulluqçularının müxtəlif şəraitlərdə koordinasiyalı fəaliyyətlərə hazırlığının artırılması və qarşılıqlı fəaliyyət imkanlarının təkmilləşdirilməsidir. 


Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetirdi - FOTOLARÜç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetirdi - FOTOLARÜç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetirdi - FOTOLARÜç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetirdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026