• Bakı 18° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

KTMT ölkələrindən olan hərbçilər Rusiyaya gəliblər

DÜNYA

26 Sentyabr 2026 | 17:57 | Müəllif: Günəş Mərd

KTMT ölkələrindən olan hərbçilər Rusiyaya gəliblər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin hərbi kontingentləri təlimlərdə iştirak etmək üçün Rusiyaya gəlib.

Bakıvaxtı.az xəbər verir ki, KTMT Birləşmiş Qərargahının mətbuat xidmətinin məlumatına görə, hərbi təlimlər Çelyabinsk vilayətində keçirilir.

Məlumata əsasən, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan hərbi qulluqçular təlimlərdə iştirak etmək üçün Rusiyaya gəliblər.

Təlimlər Mərkəzi Hərbi Dairəsinin Çebarkulski təlim poliqonunda keçirilir. Tədbirlər Kollektiv Qüvvələrin müxtəlif komponentləri üçün nəzərdə tutulan hazırlıq mərhələlərini özündə birləşdirir.

“Poisk-2026” təlimlərinin əsas məqsədi kəşfiyyatın təşkili və aparılması üzrə tapşırıqların praktiki şəkildə yerinə yetirilməsidir.

 

 

 

 

 

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR