Beşqat "Qızıl top" mükafatçısı Kristiano Ronaldo Millətlər Liqasının qrup mərhələsində Portuqaliya milli futbol komandasının Norveçlə oyununda start heyətində yer almayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat verib.
Ronaldo oyuna ehtiyat oyunçular skamyasında başlayacaq.
Qeyd edək ki, Osloda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
















