• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu

İQTİSADİYYAT

27 Sentyabr 2026 | 14:21 | Müəllif: Subhan Mahmudov

Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu

Dövlət Statistika Komitəsində (DSK) yeni yaradılan şöbəyə müdir təyin olunub.

Bakıvaxtı.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə qurumun sədri Azər Mursaqulov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Kamal Qazıyev Əmək və əhalinin həyat səviyyəsi statistikası şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Qeyd edək ki, Qazıyev Kamal Məmməd oğlu 19  il Maliyyə Nazirliyində çalışıb, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi sektorunun müdiri olub. 

O, son təyinata qədər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İcraçı direktorun müşaviri vəzifəsində işləyib.

Xatırladaq ki, DSK-də aparılan struktur dəyişiklikləri çərçivəsində Əmək statistikası şöbəsi və Həyat keyfiyyətinin statistikası şöbəsi ləğv edilib, həmin funksional istiqamətlər üzrə statistikanın aparılması məqsədilə Əmək və əhalinin həyat səviyyəsi statistikası şöbəsi yaradılıb.

Fotoda: Kamal Qazıyev


Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026