• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

SİYASƏT

27 Sentyabr 2026 | 13:48 | Müəllif: Subhan Mahmudov

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç qardaş ölkədə bəzilərinin BMT Baş Assambleyasında İsrail Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyəti üzvünün zaldan çıxmamasına görə Azərbaycana qarşı qara kampaniyaya etiraz edib.

Bakıvaxtı.az xəbər verir ki, Hulusi Kılıç bu etirazını sosial şəbəkə hesabında “Can Azərbaycana saldıranlara mesajım” adı ilə paylaşıb.

“- Türkiyə və Azərbaycan xalqları bir ailədir; buna görə də onlar vahid bir millətdir.

- Can Azərbaycanımıza yönəlmiş ədalətsiz, məsuliyyətsiz və məlumatsız tənqid və hücumlar, əslində, ailəmizə yönəlmişdir. Bu ədalətsiz, məsuliyyətsiz və məlumatsız hücumlar yalnız bizi sevməyənləri sevindirməkdədir.

- Türkiyə-Azərbaycan qardaşlığı əsrlərə söykənən qardaşlıqdır. Bu, 1915-ci il Çanaqqala müharibəsi zamanı minlərlə azərbaycanlı qardaşımızın türk əsgərləri ilə çiyin-çiyinə düşmənə qarşı vuruşaraq şəhid olması ilə nümayiş etdirilən tarixi həmrəylik nəticəsində möhkəmlənən və 15 iyun 2021-ci ildə imzalanıb hər iki ölkənin parlamentləri tərəfindən təsdiqlənən Şuşa Bəyannaməsi ilə daha da gücləndirilən bir bağdır.

- Azərbaycan suveren və müstəqil dövlətdir. O, digər dövlətlərlə olan strateji əməkdaşlıq, hədəflər və maraqlar — həm keçmiş, həm də gələcək — əsasında öz xarici siyasətini müəyyən edir.

Heç kimin bu məsələyə qarışmaq və ya bununla bağlı şərtlər diktə etmək hüququ yoxdur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026