• Bakı 21° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tramp: İranın təklif etdiyi razılaşmanı rədd etmişəm

DÜNYA

26 Sentyabr 2026 | 18:41 | Müəllif: Zeynəb Rzayeva

Tramp: İranın təklif etdiyi razılaşmanı rədd etmişəm

ABŞ Prezidenti Donald Tramp İranın təqdim etdiyi razılaşma təklifini rədd etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Tramp jurnalistlərə deyib. 

“Onlar təklif irəli sürdülər, amma mən onu rədd etdim”, – Tramp bildirib.

ABŞ Prezidenti İranın Hörmüz boğazını dərhal açmaqla bağlı razılaşma əldə etməyə çalışdığını və bunun İranın ağır vəziyyətə düşməsi ilə əlaqəli olduğunu söyləyib.

“Onlar özlərini saldılr. Dedilər: ‘Gəlin boğazı bağlayaq və dünya üçün problem yaradaq’. Sonra mən gəldim və hərbi tarixdəki ən böyük blokadanı tətbiq etdik”, – Tramp qeyd edib.

Trampın sözlərinə görə, İran Hörmüz boğazını bağlamaq qərarına görə hazırda maliyyə imkanlarını itirib: “İndi onların pulu yoxdur, çünki onlar boğazı bağlamaq istəyirdilər, biz isə onu onların üzünə bağladıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR