• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

CƏMİYYƏT

27 Sentyabr 2026 | 12:29 | Müəllif: Subhan Mahmudov

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər.

Bakıvaxtı.az xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərindən gedir. 2017-ci ildə "Nature" jurnalında dərc olunan araşdırmada bu qalıqlar erkən Homo sapiens nəslinə aid edilib və onların yaşı 315 ± 34 min il olaraq müəyyənləşdirilib. 

2026-cı ilin sentyabrında "Heritage" jurnalında yayımlanan yeni elmi işdə isə həmin fosillər əsasında üzün rəqəmsal forensik rekonstruksiyası təqdim olunub. Tədqiqatçılar Jebel Irhoud ərazisindəki bir neçə fosildən hazırlanmış üçölçülü kompozit kəllə modelindən istifadə ediblər. 

Araşdırmada kəllənin anatomik xüsusiyyətləri əsasında üz cizgiləri müəyyənləşdirilib və iki fərqli görüntü hazırlanıb. Onlardan biri sümüklərlə uyğunluğu göstərən elmi rekonstruksiya, digəri isə dəri rəngi və üz tükləri əlavə edilmiş bədii təsvir olub.

Qeyd edək ki, Jebel Irhoud fosilləri Homo sapiensin təkamülünün ilkin mərhələləri barədə mühüm məlumat verən tapıntılar sırasında yer alır. 2017-ci ildə aparılan araşdırma onların müasir insanın formalaşmasının daha əvvəlki dövrlərə gedib çıxdığını göstərmişdi. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026