• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Roberto Karlos milyonlarla sərvətini itirdi

İDMAN

27 Sentyabr 2026 | 14:11 | Müəllif: Subhan Mahmudov

Roberto Karlos milyonlarla sərvətini itirdi

Braziliya millisinin və “Real Madrid”in ulduz futbolçularından olmuş Roberto Karlos müflisləşdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, karyerasını bitirdikdən sonra əldə etdiyi milyonlarla pulu sürətlə itirdiyini bildirib.

“Corriere dello Sport”a danışan keçmiş futbolçu menecerləri və ailədaxili problemlər səbəbindən maliyyə ehtiyatlarının tükəndiyini deyib: “Böyük futbolla vidalaşmağa qərar verəndə məşqçi kimi fəaliyyət göstərmək üçün lisenziyam var idi və müxtəlif markalarla işləyirdim. Lakin menecerlər və ailədaxili münaqişələr səbəbindən futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim. Bir anda qucağıma bir topa sənəd verdilər və sərvətimi itirdim. Müəyyən yanlışlıqlara yol verdim və indi gənc futbolçulara eyni səhvləri etməmələrini məsləhət görürəm”.

Qeyd edək ki, ötən ilin yanvarında keçmiş futbolçu 2009-cu ildə ailə həyatı qurduğu Mariana Lukkon ilə boşanmağa qərar verib. Həmin ərəfədə idmançının sərvətinin 162 milyon dollar civarında olduğu bildirilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026