• Bakı 18° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Finlandiya prezidenti məhkəmə qarşısına çıxa bilər

DÜNYA

26 Sentyabr 2026 | 17:30 | Müəllif: Günəş Mərd

Finlandiya prezidenti məhkəmə qarşısına çıxa bilər

Finlandiyalı hərbi müxbir Kosti Heiskanen "TASS"a müsahibəsində Finlandiya Prezidenti Aleksandr Stubbun Ukraynaya “Starlink” peyk rabitə sisteminin verilməsi ilə bağlı çağırışına görə özünü hərbi tribunal qarşısında qoyduğunu iddia edib.

Bakıvaxtı.az xəbər verir ki, Heiskanen bildirib ki, Stubb ABŞ şirkətinin rəhbəri İlon Maskdan “Starlink” sisteminin əhatə dairəsini genişləndirməsini istəyib ki, Ukrayna bu texnologiyadan istifadə edərək Rusiya ərazisinin dərinliklərinə zərbələr endirə bilsin.

“O, Maskdan Starlink-i Ukraynaya verməsini xahiş etdiyini etiraf edib ki, Ukrayna Rusiyanın dərinliklərinə zərbələr endirə bilsin. Baxın, o, sadəcə, necə deyərlər, hərbi tribunalda öz adını imzalayıb”, - deyə hərbi müxbir bildirib.

Qeyd edək ki, Stubb sentyabrın 25-də İlon Maskdan “Starlink”in əhatə dairəsini genişləndirməsini xahiş etdiyini açıqlayıb. Onun sözlərinə görə, məqsəd Kiyevin peyk rabitə sistemindən Rusiya ərazisinin dərinliklərində istifadə edə bilməsidir. Mənbənin məlumatına görə, “SpaceX” rəhbəri daha əvvəl “Starlink” sistemindən bu məqsədlə istifadəyə qarşı çıxıb.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR