Xəbər verdiyimiz kimi, ötən gün Ağcabədi rayonunda iki qardaşın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, hərəkətdə olan VAZ-2107 markalı avtomobillə "Hyundai" markalı maşının toqquşması nəticəsində rayonun Poladlı kənd sakinləri - 1970-ci il təvəllüdlü Cəfərov Tələt İsfəndiyar oğlu və 1966-cı il təvəllüdlü Cəfərov Novruz İsfəndiyar oğlu həyatını itirib.
Həmin qardaşların fotosunu təqdim edirik.
















