• Bakı 19° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Masallı sakini Bakıda qarət məqsədilə öldürülüb

HADİSƏ

26 Sentyabr 2026 | 16:31 | Müəllif: Günəş Mərd

Masallı sakini Bakıda qarət məqsədilə öldürülüb

Bakıda Masallı sakini qətlə yetirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Bakıda qətlə yetirilən, əslən Masallı rayonunun Göyəçöl kəndindən olan 50 yaşlı Səadət Həsənovanın qarət məqsədilə öldürüldüyü bildirilir. Bu barədə mərhumun qardaşı Rasim Babayev məlumat verib.

    Onun sözlərinə görə, Səadət Həsənova qətlə yetirilərkən üzərində olan bəzi qızıl-zinət əşyalarının sonradan yoxa çıxması hadisənin qarət məqsədilə törədildiyini deməyə əsas verir.

    Hadisəni törətməkdə şübhəli bilinən Qusar rayonunun Əvəncuq kənd sakini Kamran Seyidov artıq şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

    Məlumata görə, Kamran Seyidov Səadət Həsənovanı qətlə yetirdikdən sonra onun meyitini avtomobilə qoyaraq Qusar rayonunda meşəlik ərazidə, göl kənarına apararaq atıb.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Sentyabr 2026