• Bakı 19° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Aİ-də qanunsuz miqrasiya ilə mübarizə üzrə vahid mexanizm hazırlanacaq

DÜNYA

27 Sentyabr 2026 | 18:43 | Müəllif: Gülşən Şərif

Aİ-də qanunsuz miqrasiya ilə mübarizə üzrə vahid mexanizm hazırlanacaq

Avropa İttifaqı (Aİ) ölkələrinin nazirləri Münxendəki danışıqlarda Seuta böhranı fonunda qeyri-qanuni miqrasiya ilə mübarizə üçün vahid mexanizm hazırlamaq barədə razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" qəzeti mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt və onun daha 17 Aİ ölkəsindən olan həmkarları İspaniyanın Seuta şəhərində olduğu kimi, miqrant axını ilə bağlı belə fövqəladə hallara reaksiya vermək üçün Avropanın miqrasiya böhranı planını hazırlamaq istəyirlər.

Nəşrin məlumatına görə, İspaniya nümayəndələri danışıqlar masası arxasında olmayıblar.

Plan üç bəndi nəzərdə tutur. Birincisi, sərhəddəki vəziyyətin fövqəladə hal olaraq tanınmasına imkan verən Aİ üçün vahid meyarların tətbiq edilməsi; ikincisi, fövqəladə hallarda miqrantların sürətləndirilmiş qaydada ölkədən çıxarılması haqqında razılaşma; üçüncüsü, xarici sərhəddə böhranla üzləşən Aİ ölkəsinə 24 saat ərzində "Frontex"in çevik reaksiya qüvvələrini göndərməyə imkan verəcək dəstək mexanizminin yaradılmasıdır.

Xatırladaq ki, iyulun sonlarında Seutaya Mərakeşdən kütləvi miqrant axını baş verib. Böhran indiyə qədər davam edir. 70 minə yaxın insan İspaniyadan geri qaytarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026