• Bakı 19° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib

İDMAN

27 Sentyabr 2026 | 19:14 | Müəllif: Gülşən Şərif

UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib

Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva ilə üz-üzə gəlib.

Darius və Girenas stadionundakı qarşılaşma 1:1 hesabı ilə bitib.

Meydan sahiblərinin heyətində 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib. 14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.

Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR