UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyununda ilk hissə başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, hazırda görüşdə hesab bərabərdir - 1:1.
9-cu dəqiqədə meydan sahiblərindən Armandas Kuçis penaltini dəqiq yerinə yetirib.
14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.
17:8
UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyununda ikinci qol vurulub.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan millisi hesabı bərabərləşdirib - 1:1.
17:12
UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyununda hesab açılıb.
Bakıvaxtı.az xəbər verir ki, matçda ilk qolu meydan sahibləri vurub - 1:0
9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib.
D Liqasının 2-ci qrupunun matçını Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edir.
***17:00
UEFA Millətlər Liqasının D Divizionunda Litva və Azərbaycan yığmaları arasında oyun başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Kaunas şəhərində keçirilən görüş Bakı vaxtı ilə saat 17:00-da start götürüb.
Qarşılaşmanı Kiprdən olan FIFA referisi Menelaos Antoniu idarə edir.
Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.
















