• Bakı 18° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir

DÜNYA

27 Sentyabr 2026 | 20:51 | Müəllif: Gülşən Şərif

Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün fəaliyyət variantlarının hamısını nəzərdən keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts NBC News telekanalına müsahibəsində bildirib.

Diplomatdan “The Wall Street Journal” qəzetinin Trampın noyabrda ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən sonra İrana zərbələri bərpa etmək imkanını nəzərdən keçirməsi barədə məlumatını təsdiqləyib-təsdiqləyə bilməyəcəyi soruşulub.

“Bu məlumat anonim mənbələrə əsaslanır. Deyə biləcəyim odur ki, Prezident dünyada təhlükəsizliyi təmin etmək üçün bütün mümkün variantları nəzərdən keçirir”, – Mayk Uolts bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026