• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Xankəndidə Zəfər parkına yürüş - FOTOLAR

CƏMİYYƏT

27 Sentyabr 2026 | 13:35 | Müəllif: Subhan Mahmudov

Xankəndidə Zəfər parkına yürüş - FOTOLAR

27 Sentyabr - Anım Günü münasibətilə Xankəndi şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayandırılıb.

Bakıvaxtı.az  Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, sükutdan sonra Zəfər parkına yürüş olub. 

Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Zəfər parkında şəhidlərin xatirəsinə gül dəstələri düzülüb.

Anım mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, şəhər sakinləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.


Xankəndidə Zəfər parkına yürüş - FOTOLARXankəndidə Zəfər parkına yürüş - FOTOLARXankəndidə Zəfər parkına yürüş - FOTOLARXankəndidə Zəfər parkına yürüş - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026