Rusiyanın Yakutiya Respublikasında yerləşən Elginski kömür yatağında partlayış baş verib. Hadisə nəticəsində ən azı 4 nəfər ölüb, daha 2 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə barədə “Baza” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, partlayış qaynaq işləri aparılan zaman baş verib. Partlayışın ardından bir neçə mədən işçisi böyük hündürlükdən yerə yıxılıb.
Nəticədə 4 nəfər ağır xəsarətlər alaraq hadisə yerində və ya sonrakı mərhələdə həyatını itirib. Daha 2 işçi isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hazırda hadisə yerində təcili yardım və digər operativ xidmətlərin əməkdaşları çalışır. Partlayışın dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Murad İsmayıl
















