Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi Villi Sanyol vəzifəsindən ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyası məlumat yayıb.
Fransalı mütəxəssisin yerinə Ramaz Svanadze təyin olunub. 45 yaşlı məşqçi ilə 2028-ci ilin sonuna qədər müqavilə imzalanıb. Svanadze bu təyinatadək Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına rəhbərlik edib.
Sanyolun komandadan ayrılmasının Gürcüstan yığmasının Millətlər Liqasının ilk turunda Şimali İrlandiyaya 0:1 hesabı ilə məğlub olması ilə əlaqəli olduğu bildirilir.
Villi Sanyol 2021-ci ilin fevralından Gürcüstan millisinin baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 57 qarşılaşmada meydana çıxıb.
Qeyd edək ki, fransalı mütəxəssisin rəhbərliyi dövründə Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bu uğur 2024-cü ildə baş verib.
















