Nyu Yorkdakı Türk Evində ABŞ-ın aparıcı şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi görüşdə rəsmi müzakirələrlə yanaşı, əyləncəli anlar da yaşanıb.
Qlobal içki şirkətləri “Koka-Kola” və “PepsiKo”nun nümayəndələri çıxış edən zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onlara zarafatla “Hansınızın bazar payı daha çoxdur?” sualını ünvanlayıb.
Ərdoğanın bu sualı toplantı iştirakçıları arasında gülüşə səbəb olub./Globalinfo
















