• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Zaxarovadan Sikorskiyə cavab: Onun arvadını hamı tanıyır!

DÜNYA

26 Sentyabr 2026 | 00:25 | Müəllif: Subhan Mahmudov

Zaxarovadan Sikorskiyə cavab: Onun arvadını hamı tanıyır!

Polşa xarici işlər naziri Radoslav Sikorski ölkəsində diplomatiyanı bir peşə kimi məhv edib. O, sağalmaz rusofobiyadan əziyyət çəkir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Xarici siyasət xidmətinin rəhbəri vəzifəsini tutan şəxs Polşada diplomatiyanı sözün əsl mənasında bir peşə kimi tapdalayıb və məhv edib. O, müəyyən qüvvələrlə — qlobal səhnə arxasındakı, belə desək, rusofobiyadan əziyyət çəkən və görünür, başa düşdüyüm qədəri ilə sağalmaz qüvvələrlə — əlaqəlidir.

Sikorskinin arvadının kim olduğunu bilirsiniz - xanım Applebaum. O, Amerika Birləşmiş Ştatları ilə sıx bağlıdır. Sikorski isteriya ilə özü üçün danışır”, - deyə Zaxarova bildirib.

Qeyd edək ki, Polşa xarici işlər naziri Radoslav Sikorskinin BMT TŞ-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukrayna ilə bağlı iddialarına cavabı dünya mediasının gündəminə çevrilib./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026