“Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin AK Parti millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım İstanbulda keçirilən Azərbaycan Vətən müharibəsi şəhidlərini anım tədbirində deyib.
Şamil Ayrım Qarabağ Zəfərinin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin, eləcə də Azərbaycan Ordusunun yüksək döyüş ruhunun mühüm rol oynadığını vurğulayıb.
Millət vəkili son günlər bəzi qüvvələrin iki xalqın qardaşlığını pozmağa edilən səhdlərə də diqqət çəkib.
“Azərbaycan və Türkiyə qardaşlığını, dostluğunu pozmağa yönəlmiş cəhdlər nəticəsiz qalacaq”, - Şaml Ayrım vurğulayıb.
Murad Məmmədli
















