• Bakı 17° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı

DÜNYA

27 Sentyabr 2026 | 23:45 | Müəllif: Gülşən Şərif

Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı

Beynəlxalq müdafiə bazarlarındakı balansı ortaya qoyan Dünya Silah Ticarəti Təhlil Mərkəzi (CAAM) 2025-ci ilin sonunun göstəricilərinə əsaslanaraq hazırladığı qlobal hərbi ixracat hesabatını yayımlayıb. Hesabatda ABŞ 44,6 milyard dollarlıq nəhəng həcmdə zirvədəki yerini qoruyub saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə 2025-ci ilin sonuna əsasən 4 milyard 230 milyon dollarlıq ixracat rəqəminə çatmaqla dünyada 8-ci yerə yüksəlib. Hesabatdakı təhlillərdə Almaniya, Cənubi Koreya və Türkiyənin ixracat qrafiklərindəki sabit artım xüsusilə vurğulanıb. Türkiyənin xüsusilə pilotsuz uçuş aparatları (PUA/SİHA), quru texnikaları, sursat texnologiyaları və dəniz platformaları sahəsindəki bazar payını hər keçən gün artırdığı ifadə edildi.

Qlobal hərbi ixracat siyahısının ilk üç pilləsini ABŞ, Rusiya və Almaniya bölüşdürərkən, son illərdə inkişaf etdirdiyi yerli texnologiyalarla yüksəlişini davam etdirən Türkiyə ilk 10-luqdakı yerini möhkəmləndirərək qlobal bazardakı çəkisini bir daha sübut etdi.

Qlobal miqyasda ən çox müdafiə sənayesi ixracatı edən 10 ölkə:
ABŞ - 44,603 milyard dollar

Rusiya - 15 milyard dollar

Almaniya - 8,903 milyard dollar

Cənubi Koreya - 8,779 milyard dollar

Fransa - 8,630 milyard dollar

İsrail - 5,995 milyard dollar

İtaliya - 5,225 milyard dollar

Türkiyə - 4,230 milyard dollar

İspaniya - 3,476 milyard dollar

Çin - 2,970 milyard dollar


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026