• Bakı 26° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Konqoda Ebola virusuna yoluxanların sayı 8 mini keçib

DÜNYA

28 Sentyabr 2026 | 10:26 | Müəllif: Əli Hüseynov

Konqoda Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası çərçivəsində təsdiqlənmiş yoluxma hallarının sayı ilk dəfə 8 mini keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökumətin məlumatlarına istinadən “Reuters“ məlumat yayıb.

    Ölkənin ictimai səhiyyə institutunun son hesabatına görə, Ebola virusuna yoluxanların sayı 8 067, ölənlərin sayı isə 3 901 nəfərə çatıb.

    Məlumata görə, hazırki epidemiya 2018–2020-ci illərdəki epidemiyanı geridə qoyaraq Konqo Demokratik Respublikasının tarixində ən böyük və ən çox ölümə səbəb olan Ebola epidemiyasına çevrilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Sentyabr 2026