• Bakı 23° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Kallasdan MÜHÜM ÇAĞIRIŞ

SİYASƏT

28 Sentyabr 2026 | 11:08 | Müəllif: Əli Hüseynov

Kallasdan MÜHÜM ÇAĞIRIŞ

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ ölkələrini arsenallarında olan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-interseptorları Ukraynaya verməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, Kallas bunu sentyabrın 28-də Aİ ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşünə gedərkən jurnalistlərə açıqlamasında deyib.

    Görüşün gündəliyində Ukraynaya hərbi dəstək, o cümlədən hava hücumundan müdafiə məsələsi yer alıb.

    “Ukraynanın hava hücumundan müdafiəyə ciddi ehtiyacı var. Biz yenidən anbarlarında bu raketlər olan ölkələrə müraciət edirik. Onlar raketləri Ukraynaya verə bilərlər ki, daha sonra istehsal olunacaq “Patriot” raketləri onların ehtiyatlarını bərpa etsin”, – Kallas bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Sentyabr 2026