• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

CƏMİYYƏT

28 Sentyabr 2026 | 11:58 | Müəllif: Əli Hüseynov

Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Xocavənd rayonunda yeni xəstəxana fəaliyyətə başlayıb.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, rayona köçən sakinlərə tibbi xidmət göstərilməsi üçün xəstəxanada poliklinik şöbə fəaliyyət göstərir. Burada terapevt, pediatr, oftalmoloq və ginekoloq qəbulu, ultrasəs müayinəsi və laborator xidmətlər təşkil olunub. Xəstəxanada cərrahiyyə bölməsi, triaj sahəsi və pasiyentlərin vəziyyətinə uyğun tibbi yardım göstərilməsi üçün ayrıca otaqlar da yaradılıb. Müəssisədə rentgen aparatı quraşdırılıb.

TƏBİB-in İcraçı direktoru Anar Bayramov Xocavənd rayonuna səfəri çərçivəsində yeni istifadəyə verilmiş Rayon Mərkəzi Xəstəxanasına və onun tabeliyində fəaliyyət göstərən Qırmızıbazar Həkim Məntəqəsinə baxış keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026