• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Benzin, dizel bahalaşdı - Ermənistanda

DÜNYA

28 Sentyabr 2026 | 12:22 | Müəllif: Əli Hüseynov

Benzin, dizel bahalaşdı - Ermənistanda

Ermənistanda benzin və dizel yanacağının qiymətlərində növbəti dəfə artım qeydə alınıb və bu, faktiki olaraq yeni tarixi maksimum kimi dəyərləndirilir.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, paytaxtda yerləşən yanacaqdoldurma məntəqələrində "Aİ-92" markalı benzinin bir litrinin orta satış qiyməti əvvəlki 580 dramdan 600 drama (1.66 dollar) yüksəlib.

"Premium" markalı benzin isə əlavə olaraq 20-30 dram bahalaşaraq hazırda 620-630 dram (1.7-1.73 dollar) səviyyəsində təklif edilir. Eyni dərəcədə bahalaşma dizel yanacağında da müşahidə olunur - onun mövcud qiyməti 710 drama (1.95 dollar) bərabərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026