• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

“Zəngi” liseyində YANĞIN

HADİSƏ

28 Sentyabr 2026 | 12:29 | Müəllif: Əli Hüseynov

“Zəngi” liseyində YANĞIN

Bu gün “Zəngi” liseyinin yaxınlığındakı yaşayış kompleksinin həyətində ağacın yanması nəticəsində məktəbin akt və idman zalına gələn elektrik xətləri zərər görüb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, qısa müddətdə təhsil müəssisəsinə elektrik enerjisinin verilməsi bərpa olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti tərəfindən söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Tədris prosesi normal qaydada davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026