• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İspaniyada 268 qeyri-qanuni miqrant xilas edilib

DÜNYA

28 Sentyabr 2026 | 13:50 | Müəllif: Əli Hüseynov

İspaniyada 268 qeyri-qanuni miqrant xilas edilib

İspaniyada dəniz xilasetmə xidməti 268 qeyri-qanuni miqrantı, o cümlədən dörd yetkinlik yaşına çatmayan şəxsi və 17 qadını xilas edərək El-Yerro adasında sahilə çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Onların əksəriyyəti Varela milli parkından (Qvineya-Bisau) yola düşən kanoedə dənizdə 11 gün keçirib.

Hazırda adaya iki yeni qrup istiqamət alır.

El-Yerro adasının təcili yardım xidmətinin məlumatına görə, "Salvamar Diphda" xilasetmə gəmisinin heyəti La-Restinqaya gələn ilk qrupu xilas edib. Kiçik qayığın sərnişinləri arasında Qərbi Afrika ölkələrinin - Seneqal, Qambiya, Mali, Qvineya-Bisau və Kot-d'İvuar vətəndaşları olub.

Bundan əlavə, "Guardamar Polimnia" gəmisi La-Restinqadan 65 kilometr aralıda başqa bir kanoedə olan təxminən 100 nəfərlik daha bir qrupu xilas edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026