• Bakı 19° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ermənistanda general oğlunu hərbi xidmətə çağıranları məhkəməyə verdi

SİYASƏT

28 Sentyabr 2026 | 17:20 | Müəllif: Əli Hüseynov

Ermənistanda general oğlunu hərbi xidmətə çağıranları məhkəməyə verdi

Ermənistanın sabiq polis rəisi, general-polkovnik Vladimir Qasparyan 22 yaşlı oğlunun ordu sıralarına çağırılması cəhdləri ilə əlaqədar Müdafiə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib.

Bildirilir ki, vaxtilə hərbi polis rəisi və müdafiə nazirinin müavini vəzifələrini də icra etmiş Qasparyan inzibati məhkəməyə müraciət edərək Müdafiə Nazirliyinin 8 yanvar 2026-cı il tarixli qərarının ləğvini tələb edib. Məhkəmə iddianı icraata götürüb. Həmçinin, Qasparyanın oğlunun hərbi xidmətdən yayınması ilə bağlı hələ bu ilin mart ayında cinayət işinin açıldığı da məlum olub.

Qeyd edək ki, Qasparyan 2011-2018-ci illərdə Ermənistan Polisinə (hazırkı Daxili İşlər Nazirliyinə analoji olan qurum əvvəllər belə adlanırdı - red.) rəhbərlik edib. Hakimiyyət dəyişikliyindən sonra isə onun özünə qarşı da bir neçə cinayət işi başlanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR