• Bakı 19° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Avropanın “içki lideri” bəlli oldu

DÜNYA

28 Sentyabr 2026 | 17:12 | Müəllif: Günəş Mərd

Avropanın “içki lideri” bəlli oldu

Portuqaliya Avropa İttifaqında gündəlik spirtli içki qəbulunun ən yüksək olduğu ölkədir.

Bakıvaxtı.az xəbər verir ki, "Eurostat"ın məlumatına görə, 2025-ci ildə Portuqaliyada 16 yaşdan yuxarı əhalinin təxminən 16%-i hər gün spirtli içki qəbul edib.

İtaliya 7,9%-lə ikinci, Danimarka və Belçika isə 7,5%-lə üçüncü yeri bölüşür. Niderlandda bu göstərici 6,3%, Fransada isə 5,9% təşkil edib.

"Eurostat" bildirir ki, 2025-ci ildə Aİ üzrə 16 yaşdan yuxarı insanların 4,8%-i hər gün, 19,2%-i həftəlik, 21,8%-i isə aylıq spirtli içki qəbul edib.

Qeyd edək ki, gündəlik spirtli içki qəbulu göstəricilərində ölkələr arasında ciddi fərq müşahidə olunur.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR