Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Mehbalı oğlu Muradov kollektivə təqdim edilib.
Bakıvaxtı.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ovni Muradovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsinə təsdiq edilməsi haqqında qərarını diqqətə çatdırıb.
Baş nazir ona fəaliyyətində uğurlar arzulayıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Ovni Muradovu yeni vəzifəyə təsdiq olunması münasibətilə təbrik edib, təhsil sahəsində həyata keçirilən tədbirlərin bundan sonra uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
















